Masallıda gənc süni göldə batıb
Tarix: 23-06-2021 17:23 | Bölmə: Cəmiyyət
Masallıda gənc süni göldə batıb

Masallıda gənc oğlan süni göldə boğulub.

Məlumata görə, bədbəxt hadisə Sığdaş kənd inzibati ərazi dairəsində yerləşən Babakücə kəndində baş verib. 2003-cü il təvəllüdlü Xəyal Kamal oğlu Əliyev kənd təsərrüfatı üçün nəzərdə tutulmuş süni göldə boğulub. Hazırda FHN-in əməkdaşları ərazidə axtarış işləri aparır.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər