Məhkəmə rektoru cərimələyib
Tarix: 23-06-2021 19:38 | Bölmə: Cəmiyyət
Məhkəmə rektoru cərimələyib

Azərbaycan Dövlət Mədəniyyət Universitetində (ADMİU) işləyən 5 müəllimin rəhbərlik tərəfindən əsassız olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, universitetə qarşı irəli sürülən əsaslı iddialardan sonra məhkəmədən əvvəl müəllimlərin 4-ü ilə razılıq əldə olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ADMİU rəhbərliyi 40 ildən çox elmi təcrübəsi olan digər müəllimi işinə geri qaytarmağa məcbur olub. Nəticədə, Dövlət Əmək Müfəttişliyinin və məhkəmənin qərarı ilə universitet rəhbərliyi əmək müqaviləsinə xitam verərkən yol verdiyi qanun pozuntusuna görə 1500 manat cərimə olunub.

Məsələ ilə bağlı ADMİU-dan suallara cavab verilməyib.(Axar.az)




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq