Prokurorluq "Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama yayıb
Tarix: 24-06-2021 10:48 | Bölmə: Cəmiyyət
Prokurorluq "Azure” biznes mərkəzindəki intiharla bağlı açıqlama yayıb

Baş Prokurorluq "Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

Baş Prokurorluqdan Reyting.az-a bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq