Məhkəmədə üzrsüz səbəbdən sübutu təqdim etməyənlərin cəriməsi 10 dəfəyədək artırılır
Tarix: 24-06-2021 11:40 | Bölmə: Cəmiyyət
Məhkəmədə üzrsüz səbəbdən sübutu təqdim etməyənlərin cəriməsi 10 dəfəyədək artırılır

Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs 2000 manatadək miqdarda cərimə olunacaq.


Bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, hazırda bu cərimənin məbləği 220 manatadəkdir/APA.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq