Daha 98 vəkil kolllegiyaya üzv qəbul edilib
Tarix: 24-06-2021 15:01 | Bölmə: Cəmiyyət
Daha 98 vəkil kolllegiyaya üzv qəbul edilib

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 98 namizədin təntənəli surətdə andiçmə mərasimi keçirilmiş, vəkilliyə namizədlər vəkil andı içiblər.

Kollegiyadan Reyting.az-a verilən məlumata görə, bununla da, son 3 ildə Vəkillər Kollegiyası üzvlərinin sayı 2.5 dəfə artaraq, 840-dan 2025-ə çatıb.

İclas zamanı yeni vəkillər çıxış etmiş, vəkillik sahəsində son dövrdə həyata keçirilən islahatlar və görülən işlər ilə bağlı fikirlərini söyləyib, o cümlədən bu peşəni seçdikləri üçün məmnun olduqlarını bildirib.

Sonda iclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq