Bakıda iki avtobus toqquşub, 7 nəfər xəsarət alıb
Tarix: 24-06-2021 15:54 | Bölmə: Cəmiyyət
Bakıda iki avtobus toqquşub, 7 nəfər xəsarət alıb

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Reyting.az-a bildirilib ki, Agentlik hadisəni dərhal nəzarətə götürüb və araşdırma aparır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət olan “BakuBus” MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən 7 nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq