Ağır yaralanmış qazimiz dünyasını dəyşib
Tarix: 25-06-2021 09:33 | Bölmə: Cəmiyyət
Ağır yaralanmış qazimiz dünyasını dəyşib

Vətən müharibəsində başından ağır yara almış qazi vəfat edib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, Ağstafa rayonunun Kolxəlifəli kənd sakini, Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu (MAXE), 1988-ci il təvəllüdlü Kazımov Ruslan Mustafa oğlu qəfil vəfat edib.

O, bu gün doğulduğu kənddə dəfn olunacaq.

Rusal Kazımov Vətən müharibəsində iştirak edib. Ağır döyüşlərin birində başından gülə yarası alıb.

Qeyd edək ki, mərhum Aprel döyüşlərində də iştirak edib. Ruslan Kazımov ötən gün Prezident İlham Əliyev sərancamı ilə medala təlltif edilib.

***

İyunun 24-də evində vəfat edən Vətən müharibəsi qazisi Kazımov Ruslan Mustafa oğlu ilə vida mərasimi doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilib. O, rayonunun Kolxəlifəli kənd qəbiristanlığında torpağa tapşırılıb..

Allah rəhmət eləsin!





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq