Qohumlarını qətlə yetirən şəxs keçmiş arvadını öldürmək istəyərkən tutulub
Tarix: 25-06-2021 13:01 | Bölmə: Cəmiyyət
Qohumlarını qətlə yetirən şəxs keçmiş arvadını öldürmək istəyərkən tutulub

Lənkəranda qohumlarını qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 23-də E.Fərəcovu və A.Mirzəzadəni qətlə yetirməkdə şübhəli bilinən S.Şiriyev keçmiş arvadı Ü.Abbaszadəni də öldürmək məqsədilə gəldiyi şəhərin Ş.Zahid küçəsindəki evin damında tutulub. Bu zaman müqavimət göstərsə də, o, polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ondan lüləsi və qundağı kəsilmiş “TOZ-66” markalı ov tüfəngi götürülüb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq