Ermənilər Qarabağda ağacları da minalayıb - Fotolar
Tarix: 26-06-2021 16:59 | Bölmə: Cəmiyyət
Ermənilər Qarabağda ağacları da minalayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu ərazisindəki meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkarlayıb.

ANAMA-nın məlumatına görə, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu ərazidə çoxsaylı mina basdırıb. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100, istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhvetmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kq olan minanın 2 kq-ı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 400 ədəd 1 sm ölçüsündə qəlpələr yayılır. Eyni zamanda partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 m məsafədə təhlükə törədir. 100 metr məsafədə qəlpələr təxminən 6.5-9.5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.

Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar canlıların kütləvi şəkildə məhvi üçün nəzərdə tutulub.





Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq