Cəbrayıl rayonunda yanğın olub - Video
Tarix: 26-06-2021 17:27 | Bölmə: Cəmiyyət
Cəbrayıl rayonunda yanğın olub

Cəbrayıl rayonunda yanğın hadisəsi olub.
[b][/b]
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Reyting.az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Cəbrayıl rayonu ərazisində yerləşən Güllücə aşırımında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Ərazinin düşmən tərəfindən minalandığını və buna görə də yanğının yerdən söndürülməsinin təhlükəsini nəzərə alaraq, yanğınla mübarizə məqsədilə FHN-in Aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub.

Görülmüş operativ tədbirlərlə yanğının genişlənərək yaxınlıqdakı sıx meşə zolağına keçməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq