Koronavirusun “Delta” ştammı həyacanvericidir, virus sürətlə yayılır
Tarix: 27-06-2021 00:29 | Bölmə: Cəmiyyət
Koronavirusun “Delta” ştammı həyacanvericidir, virus sürətlə yayılır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Delta” ştammı ilə bağlı dünya ictimaiyyətinə xəbərdarlıq edib.

Reyting.az
-ın məlumatına görə, ÜST-ün Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib ki, koronavirusun "Delta" ştammı ilə bağlı vəziyyət həyəcanvericidir, virus sürətlə yayılır.

Onun sözlərinə görə, koronavirusun "Delta" ştammı lap çox hüceyrələri məhv edir, insan (bu ştamma yoluxan - red.) daha çox şəxsi, daha sürətlə yoluxdura bilər. “Biz hələ pik zirvəni görmürük, virus sürət yığır. İndi reaksiya vermək lazımdır", - deyə M. Vuynoviç qeyd edib.

Mütəxəssis əlavə edib ki, vəziyyət nəzarətə götürülməyəcəyi təqdirdə lokdaun ola bilər:

"Vaksinləmə, üstə gəl maska rejimi... Çünki “Delta” ilə mübarizədə peyvənd kifayət deyil. Qısa vaxt ərzində səyləri qoymaq lazımdır, əks təqdirdə lokdaun olacaq".

O əlavə edib ki, vaksinləmə lazımdır, çünki virusun ötürülməsi imkanı azalır və xəstəliyi ağır formada keçirmə ehtimalı da minimuma enir.

M. Vuynoviç diqqətə çatdırıb ki, ümumi immunitet və davranış dəyişikliyi olmalıdır. Bu o deməkdir ki, yayılmanı azaltmaq üçün hətta əlavə tədbirlər lazım olacaq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq