Naxçıvanda toylarda yemək verilməyəcək? - Açıqlama
Tarix: 28-06-2021 13:32 | Bölmə: Cəmiyyət
Naxçıvanda toylarda yemək verilməyəcək?

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi bəzi internet resurslarında və sosial şəbəkələrdə Naxçıvanda keçiriləcək toy şənliklərində yemək verilməyəcəyi, qonaqlara yalnız çay və şirniyyat təklif ediləcəyi barədə iddialara münasibət bildirib.

Daimi nümayəndəlikdən Reyting.az-a verilən məlumata görə, bu xəbər doğru deyil:

"Ölkə üzrə qəbul olunmuş pandemiya qaydalarına uyğun olaraq 2021-ci il iyulun 1-dən mövcud tələblər əsasında Naxçıvan Muxtar Respublikasında da toy və digər şənlik mərasimləri toy qaydalarına uyğun keçiriləcək".




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq