Qarabağ qazisi Kəmaləddin Heydərova müraciət edib
Tarix: 28-06-2021 18:35 | Bölmə: Cəmiyyət
Qarabağ qazisi Kəmaləddin Heydərova müraciət edib

Ali Baş Komandan İlham Əliyevin "Qubadlının azad olunmasına görə" medalı ilə təltif etdiyi Vətən müharibəsi qazisi Süleyman Əhmədli Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

"Cənab nazir, müraciətimin əsas mövzusuna keçməzdən öncə özüm haqqında qısa məlumat vermək istərdim. Mən, Əhmədli Süleyman 1993-cü ildə Göyçay rayonunda kəndli ailəsində anadan olmuşam. Orta təhsilliyəm. 2011-2013-cü illərdə həqiqi hərbi xidmət keçmişəm.

2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayanda, Ali Baş Komandan cənab İlham Əliyevin qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından sonra ordu sıralarına cəlb edilərək Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Ali Baş Komandan cənab İlham Əliyevin 24.06.2021-ci il tarixdə verdiyi sərəncamla "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişəm.

Döyüşlər başlayana qədər kiçik sahibkarlıqla məşğul olmuşam. Hazırda, təəssüflər olsun ki, işsizəm. Bu da ailəmiz üçün ciddi maddi problemlər yaradır.

Hörmətli Kəmaləddin müəllim, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində işlə təmin olunmağımda mənə köməklik göstərməyinizi xahiş edirəm.

Hörmətlə,

Süleyman Əhmədliə

Əlaqə nömrəsi: 0553518843”.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq