Ağdaşda ağır yol-nəqliyyat hadisəsi: ölənlər var - Fotolar
Tarix: 29-06-2021 10:17 | Bölmə: Cəmiyyət
Ağdaşda ağır yol-nəqliyyat hadisəsi: ölənlər var

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, "Mercedes" markalı minik və "MAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Ağdaş təcili tibbi yardım stansiyasından verilən məlumata görə, ölən şəxslərdən 1986-cı il təvəllüdlü Niftalıyev Tofiq Məhəmməd oğlunun və yaralılardan 1977-ci il təvəllüdlü Həlləyev Şamil Əli oğlunun adı məlumdur. Ölən şəxslərdən daha iki nəfər 113 təcili yardım xidmətinin avtomobili ilə Yevlax morquna aparılıb, şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.








Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq