Mübariz Mənsimovun ev dustaqlığı ləğv edilib
Tarix: 29-06-2021 17:14 | Bölmə: Cəmiyyət
Mübariz Mənsimovun ev dustaqlığı ləğv edilib

“Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərtilə ev həbsindən azad edilib”.

Reyting.az
xəbər verir ki, bu barədə “Palmali” Holdingin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib.

Qeyd edək ki, Türkiyədə yaşayan iş adamı M. Mənsimov 2020-ci ilin mart ayında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunub.

2021-ci ilin fevralında İstanbul Cümhuriyyət Prokurorluğu M. Mənsimovun məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

Bu il martın 5-də İstanbul Ədliyyə Sarayında azərbaycanlı iş adamı Mübariz Mənsimovun vəsatəti təmin olunub, o, məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq