Lütvi Zadənin xatirəsi əbədiləşdiriləcək - Qərar
Tarix: 30-06-2021 10:30 | Bölmə: Cəmiyyət
Lütvi Zadənin xatirəsi əbədiləşdiriləcək

Nazirlər Kabineti görkəmli elm xadimi Lütvi Zadənin xatirəsinin əbədiləşdirilməsi haqqında qərar verib.

Reyting.az
 xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Texniki humanitar liseyə Lütvi Zadənin adı verilib.

Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti Lütvi Zadənin Bakı şəhərində yaşadığı binaya (Əlövsət Quliyev küçəsi, 79) xatirə lövhəsinin vurulmasını təmin edəcək.

Təhsil Nazirliyi bu qərardan irəli gələn məsələləri həll edəcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq