Qarabağda döyüşən Rusiya vətəndaşı məhkəmədə dindirilib
Tarix: 30-06-2021 16:00 | Bölmə: Cəmiyyət
Qarabağda döyüşən Rusiya vətəndaşı məhkəmədə dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.


Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib.

Növbəti proses iyulun 7-nə təyin edilib/Report.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilir.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq