Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölən və xəsarət alanlar var
Tarix: 30-06-2021 18:04 | Bölmə: Cəmiyyət
Tovuzda sərnişin avtobusu minik maşını ilə toqquşub, ölən və xəsarət alanlar var

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hhadisə Bakı-Qazax magistral yolunun rayonun Alakol kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Ford” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik maşını toqquşub. Qəza zamanı 1970-ci il təvəllüdlü Məmmədov Namiq Balakişi oğlu, 1933-cü il təvəllüdlü Mirzəyev Təhmuraz Tofiq Oğlu və 1990-cı il təvəllüdlü Məmmədli Məhəmməd Aslan oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, 51 yaşlı Namiq Məmmədov xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır/APA.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq