Sürücüdən rüşvət aldığı iddia edilən polis cəzalandırılıb
Tarix: 01-07-2021 16:38 | Bölmə: Cəmiyyət
Sürücüdən rüşvət aldığı iddia edilən polis cəzalandırılıb

Rüşvət aldığı iddia edilən yol polisi əməkdaşı ilə bağlı araşdırma başa çatıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev bildirib.

O deyib ki, yol polisi əməkdaşı cəzalandırılıb: “Həmin əməkdaşın rüşvət alması ilə bağlı iddialar təsdiqlənməyib. Lakin o, xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə intizam qaydasında cəzalandırılıb”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq