ÜST-dən azərbaycanlılara xəbərdarlıq: “Delta” ştammı sürətlə yayılmaqda davam edir"
Tarix: 02-07-2021 12:49 | Bölmə: Cəmiyyət
ÜST-dən azərbaycanlılara xəbərdarlıq:  “Delta” ştammı sürətlə yayılmaqda davam edir"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

Reyting.az
xəbər verir ki, ÜST rəsmisi qarşıdan payız mövsümünün gəldiyni xatırladıb:

"Havaların soyumasını nəzərə almaq lazımdır. Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.

ÜST rəsmisi başqa bir problemə də toxunub.

Deyib ki, Azərbyacanda hipertoniya xəstəliyindən hər il 24 min insan dünyasını dəyişir:

"Halbuki düzgün müalicə üsulu ilə onları yaşatmaq mümkün ola bilərdi. Öölənlərin əksəriyyəti də gənc yaşlarında olanlardır: Sırf hipertoniya xəstəliyi hər il Azərbaycan iqtisadiyyatına 600 milyon manat itkiyə səbəb olur. Tək Şamaxıda 19 min hipertoniya xəstəsi var. Burada xəstə olduğunu bilən və müalicə alan cəmi 2400 şəxs var. Digərləri yüksək risk altındadırlar. Çünki hipertoniya xroniki və öldürücü xəstəlikdir”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq