Sevgilisinin qətlində təqsirli bilinən tələbənin məhkəməsi başlayır
Tarix: 03-07-2021 11:25 | Bölmə: Cəmiyyət
Sevgilisinin qətlində təqsirli bilinən tələbənin məhkəməsi başlayır

Gəncə şəhərində sevgilini qətlə yetirməkdə təqsirləndirilən Sərdar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Reyting.az
-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Gəncə şəhərində qeydə alınıb. Zibillikdən tapılmış qadın meytinin bir müddət əvvəl itkin düşmüş şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olduğu müəyyənləşib. Onun qətlə yetirildiyi məlum olub. İlkin şübhələrlə müəyyən edilib ki, 19 yaşlı qızı sevgilisi Sərdar Cəfərov boğaraq öldürüb. Daha sonra mərhumun meyitini 1 ay zibillikdə gizlədib. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Məlumata görə, Pərvinlə Sərdar Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıblar. Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası təhsil alırmış. Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbəsi olub.




Bölməyə aid digər xəbərlər