Bakıdan uçan təyyarə yarı yoldan qayıtmaq məcburiyyətində qalıb
Tarix: 04-07-2021 09:42 | Bölmə: Cəmiyyət
Bakıdan uçan təyyarə yarı yoldan qayıtmaq məcburiyyətində qalıb

Saat 07:22-də Bakıdan Naxçıvana uçan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Airbus A319” təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş icazəsi istəyib.

AZAL-ın məlumatına görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Bakı vaxtı ilə saat 08:01-də təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib. Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq