SOCAR Xəzərdəki partlayışla əlaqədar yeni məlumat yayıb
Tarix: 05-07-2021 09:43 | Bölmə: Cəmiyyət
SOCAR Xəzərdəki partlayışla əlaqədar yeni məlumat yayıb

"4 iyul 2021-ci il tarixində axşam saatlarında Xəzər dənizi istiqamətində görünmüş alov təzahürü ilə əlaqədar, daha əvvəl bildirildiyimiz kimi, SOCAR-ın heç bir sənaye obyektinə zərər dəyməyib. Şirkətin bütün dəniz özülləri və sənaye obyektləri öz fəaliyyətini normal rejimdə davam etdirir".

Reyting.az
xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı yeni açıqlamada bildirilir.

Qeyd olunur ki, dənizdə görünmüş alovun səbəbini dəqiqləşdirmək üçün hadisə yerinə SOCAR-ın işçi heyəti gəmi ilə göndərilib.

"Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub. Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud deyil".

Qeyd edək ki, neft-qaz yataqları ilə bağlılığına görə palçıq vulkanlarının püskürməsi nəticəsində keçmişdə də metan və digər alovlanan qazların çıxması müşahidə olunub.




Bölməyə aid digər xəbərlər