Nazirdən əmr: inklüziv siniflərin sayı artırılır
Tarix: 05-07-2021 14:58 | Bölmə: Cəmiyyət
Nazirdən əmr: inklüziv siniflərin sayı artırılır

2021-2022-ci tədris ilində inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndiriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, nazir Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, növbəti tədris ilində Bakı şəhəri 246 nömrəli və Quba şəhəri 2 nömrəli məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 nömrəli tam orta məktəblərdə inklüziv siniflərin təşkili nəzərdə tutulub.

Əmrə əsasən, yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməlidirlər.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq