Ermənistana “pulsuz peyvənd səyahəti” fırıldağı
Tarix: 05-07-2021 20:48 | Bölmə: Cəmiyyət
Ermənistana “pulsuz peyvənd səyahəti” fırıldağı

Son günlərdə sosial şəbəkənin İran kontentində Ermənistanda pulsuz COVID-19 əleyhinə peyvənd reklamaları yer alır.

Reyting.az
IRNA-ya istinadla xəbər verir ki, Ermənistana koronavirusa qarşı müftə peyvənd səyahəti bir çoxlarını şirnikləndirib. Çünki İranda koronavirus əleyhinə vaksinasiya kampaniyasında xeyli geriləmə var. Buna görə də, bəzi İran vətəndaşları 7-20 milyon tümən arası xərclə xarici ölkəyə riskli səyahətə çıxıb.

“BBC Farsi” və Almaniyanın “Deutsche Welle/Persian”ın "Ermənistana pulsuz peyvənd səyahəti" başlıqları ajiotajı bir az da böyüdüb və sadəlövh insanların qonşu ölkəyə səyahətə təşviq edib.

Fürsətçilərə aldanmış iranlıların əksəriyyəti Tehran və İranın digər mərkəzi əyalətlərindən olan şəxslərdir. Onların böyük qismi Tehran-Culfa marşrutlu avtobusla sərhədə yetişdikdən sonra Ermənistanda gözləmədikləri vəziyyətlə qarşılaşıblar. Əsasən Tehrandan İran-Ermənistan sərhədindəki Norduz keçid məntəqəsinə yetişənlər sonradan öyrəniblər ki, qonşu ölkədə rəsmi qaydada peyvəndləmədən kənar heç bir xidmət yoxdur.

Hesablamaya görə, təxminən 7.800 nəfər İran-Ermənistan sərhədini adlayıb. Son 13 gündə sərhədin o tayından bu tayına, bu tayından otayına 4.413 nəfər keçib. Deməli, məhz onlar “pulsuz COVID-19 peyvəndi səyahəti” fırıldağının qurbanı olublar. “Aydındır ki, Ermənistan hökuməti də iqtisadi faydaya görə xarici KİV-lərin xəbərlərinə şərh verməyərək susmağı üstün tutub”, - deyə İRNA-nın şərhində təəssüflə bildirilir. Yəni erməni xisləti burada da üzə çıxıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq