Vəzifəli şəxsin xanımı qəza törədib, xəsarət alanlar var - Fotolar
Tarix: 05-07-2021 20:57 | Bölmə: Cəmiyyət
Vəzifəli şəxsin xanımı qəza törədib, xəsarət alanlar var

Abşeronda üç avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

Reyting.az
xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.(APA)









Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq