Rusiya Azərbaycana 200 min doza “Sputnik V” vaksini göndərib
Tarix: 06-07-2021 15:56 | Bölmə: Cəmiyyət
Rusiya Azərbaycana 200 min doza “Sputnik V” vaksini göndərib

"Azərbaycanla Rusiya arasında dərin köklərə malik dostluq münasibətləri koronavirus pandemiyası dövründə də qarşılıqlı dəstək şəklində özünü büruzə verib".

Bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialında ilk məzunlara diplom təqdimatı mərasimində bildirib.

T.Musayev Rusiya Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana 200 min doza “Sputnik V” vaksini göndərilməklə mühüm dəstək göstərildiyini də dilə gətirib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq