16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası olub - Fotolar
16:13 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

20:22 / 08-09-2025

21:32 / 10-09-2025

13:08 / 09-09-2025

14:28 / 10-09-2025

Göz xəstəlikləri artır - Baş oftalmoloq
Tarix: 06-08-2021 12:34 | Bölmə: Cəmiyyət

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Masallı, Gəncə, Şəki filialları da daxil olmaqla, refraksiya anomaliyaları (26,4%), büllurun patologiyası - katarakta (15,3%), infeksion və iltihabi xəstəliklər (14,4%), buynuz qişanın müxtəlif patologiyaları (keratokonus, bulanmalar və s.) (9,8%), görmə üzvünün müxtəlif zədələri (8,4%), qlaukoma (4,6%), presbiopiya (3,7%), görmə sinirinın və torlu qişanın müxtəlif patologiyları (3,3%), şəkərli diabetin fəsadlarından (2,7%) yaranan göz problemlərindən müraciətlərin sayı çoxluq təşkil edir.
Reyting.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov bildirib.
E. Qasımov deyib ki, gözdaxili təzyiqin yüksəlməsi daha çox yaşlı vətəndaşlarda rast gəlinir. Lakin, gözdaxili təzyiqin yüksəlmə səviyyəsi fərdi olaraq, hər bir şəxsdə müxtəlifdir və görmə sinirinin zədələnməsinə yüksək risk amili, qlaukoma xəstəliyinın səbəblərindən biridir:
"Qlaukoma xəstəliyinə bütün yaş dövrlərində, o cümlədən, anadangəlmə də rast gəlinir. Əsasən orta və yuxarı yaşlı vətəndaşlarda daha çox müşahidə olunur. Əslində 40 yaşından yuxarı olan hər bir şəxsin ildə ən azı bir dəfə gözdaxili təzyiqi, göz dibi yoxlanılmalıdır”.
Baş oftalmoloq əlavə edib ki, qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran bir neçə risk amilləri mövcuddur: “Elmi araşdırmalara əsasən, onlardan biri də 40 yaşından yuxarı yaş dövrünün artması ilə qlaukomanın əmələgəlmə riskinin də eyni zamanda artmasıdır.
Qlaukomanın risk amillərindən irsi faktor da diqqətə alınmalıdır. Belə ki, yaxın qohumlarda qlaukomanın olması xəstəliyin əmələgəlmə riskini artırır. Risk amili kimi bəzi dərman və hormonal preparatların uzunmüddətli istifadəsi diqqətdən kənar qalmamalıdır. Yaşla bağlı patologiyalar sırasında somatik xəstəliklər, o cümlədən ürək-damar patologiyası, endokrin sisteminin xəstəlikləri, böyrək patologiyası və s. qlaukoma xəstəliyinin əmələ gəlməsini artıran risk amilləri kimi qeyd edilir".
Həkim diqqətə çatdırıb ki, çəpgözlük patologiyası ən çox uşaq yaşlarında rast gəlinir, bir sıra üsullarla effektiv müalicə olunur:
"Çəpgözlük - göz qüsuru olaraq, müştərək və paralitik formalarda müəyyən olunur. Müalicəsinə nə qədər tez başlanarsa, bir o qədər effektivdir. Hər bir pasiyentin müalicə taktikası individual seçilir. Yanaşı ortoptik-diploptik, müxtəlif kompüter proqramların, əks olunan lazer radiasiyasının və s. metodikaların istifadəsi, yüksək effektə nail olmaq imkanı yaradır.
Əməliyyatlara əks göstəriş əsasən orqanik dəyişikliklər, psixi xəstəliklərin olması sayıla bilər”.
E. Qasımov deyib ki, görmə zəifliyi müxtəlif səbəblərdən əmələ gələ bilər: “Ən çox rast gəlinən müxtəlif refraksiya anomaliyaları səbəblərindən yaranan görmə zəifliyinin cərrahi bərpası müasir oftalmologiyanın ən böyük nailiyyətlərindən biri sayılmalıdır. Görmə zəifliyinin bərpa əməliyyatları, yəni refraktiv əməliyyatlar müxtəlifdir (eksimer lazer cərrahi əməliyyatları, fotorefraktiv keratoektomia, Lasik, Femtolasik və s.). Onların seçimi bir neçə amildən asılıdır. İlk növbədə əməliyyatın seçimində buynuz qişanın qalınlığı, topoqrafik parametrləri, requlyarlığı həlledici əhəmiyyətə malikdir. Lakin, əgər buynuz qişanın parametrləri xəstənin refraktiv rəqəmlərini eksimer lazer üsulu ilə aradan götürməyə imkan vermirsə, üstünlük gözdaxili əməliyyatlara verilir. Beləliklə, görmə zəifliyinin bərpa əməliyyatları gözün strukturlarında, görmə sinirində olan patoloji dəyişiklikləri istisna olmaqla, əksər hallarda görmə zəifliyinin bərpasına imkan yaradır".
Baş oftalmoloq diqqətə çatdırıb ki, diabet və yüksək təzyiq (hipertoniya xəstəliyi) görmə problemlərinə, əsasən görmə zəifliyinin əmələ gəlməsinə səbəb ola bilər: "Görmə zəifliyinin müxtəlif səbəblərdən əmələ gəlməsi mümkündür, lakin müasir diaqnostik üsulları, optimal müalicə seçimi onların profilaktikasına zəmin yaradır”.
Baş oftalmoloqun sözlərinə görə, Vətən müharibəsinin birinci günündən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Gəncə və Masallı filiallarının, həmçinin mərkəzin Dəmiryol Səyyar klinikasının əməkdaşları hərbi və mülki yaralıları qəbul edib, müalicə və cərrahi əməliyyatlar aparıblar. Vətən müharibəsi iştirakçıları mərkəzə və filiallara müxtəlif şikayətlərlə müraciət ediblər. Şikayətlərin xarakteri əsasən zədənin ağırlığından, genişliyindən, göstərilən birincili yardımdan, ötən vaxtdan asılı olub:
“Vətən müharibəsi iştirakçılarının böyük qismində partlayışların mərkəzi sinir sisteminə, görmə orqanının funksiyalarına təsiri nəticəsində yaranmış şikayətlər baş ağrıları, daha çox görmənin itməsi, zəifliyi və ya kosmetik problemlərlə bağlı idi.
Bir sıra Vətən müharibəsi iştirakçılarına birincili, ya ikincili cərrahi əməliyyatlar aparılıb. Aparılmış əməliyyatlar sırasında dəlib keçən yaraların işlənməsi, o cümlədən, gözdaxili orbitanın yad cisimlərinin (qəlpələri) xaric edilməsi, kataraktanın ekstaksiyası, vitreoretinal əməliyyatlar, buynuz qişanın keratoprotezləşdirməsi, rekonstruktiv plastik əməliyyatlar və s. daha çox olunub.
150-dən çox Vətən müharibəsi iştirakçısına İsraildən dəvət olunan mütəxəssislər ilə birgə müayinələr, plastik rekonstruktiv əməliyyatlar olunub, fərdi göz protezləri hazırlanıb.
Hərbi Həkim Komissiyası tərəfindən 100-dən çox İkinci Qarabağ müharibə iştirakçısının sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsi həyata keçirilib.
Müharibədən sonrakı dövrdə Mərkəzin Səyyar Avtomobil klinikasının yüksək səviyyəli oftalmoloji briqadaları bir neçə rayonlarda şəhid və veteran ailələrinin üzvlərini müayinə və müalicə ediblər. Bu cür aksiyalar mütəmadi olaraq əksər rayonlarında aparılacaq".
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
Dünən, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Dünən, 12:53
Sabah yağış yağacaq
Dünən, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Dünən, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Dünən, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz