Bakıda qadın həyat yoldaşının maşınına od vurub
Tarix: 06-08-2021 16:14 | Bölmə: Cəmiyyət
Bakıda qadın həyat yoldaşının maşınına od vurub

Bakıda Sabunçu rayonunda ailə münaqişəsi zamanı bədbəxt hadisə baş verib.

Reyting.az
Oxu.Az-a istinadən xəbər verir ki, ər və arvad mübahisə edib. Qadın həyat yoldaşına əsəbləşərək onun maşınına benzin tökərək yandırıb.

Bu zaman benzin oğlanın atasının üzərinə düşüb və o, yanıq xəsarəti alıb.

Məsələ barədə Daxili İşlər Nazirliyi açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, baş verən hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. İlkin məlumata görə, hadisədə qəsd yoxdur”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq