FHN-nin növbəti xilasetmə qrupu Muğla vilayətinə çatıb
Tarix: 08-08-2021 11:01 | Bölmə: Cəmiyyət
FHN-nin növbəti xilasetmə qrupu Muğla vilayətinə çatıb

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb.

Yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.

Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaqlar.

Qeyd edək ki, hazırda FHN-nin 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq