Bu gündən “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılır
Tarix: 09-08-2021 00:15 | Bölmə: Cəmiyyət
Bu gündən “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılır

Bu gündən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikatı”nın verilməsinə başlanılır.

Reyting.az
-ın xəbərinə görə, “Əks göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir.

Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikatı” veriləcək.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən vətəndaşların koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.(Report)




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq