Narkotikə görə daha beş nəfər şəxs saxlanılıb - Fotolar
Tarix: 09-08-2021 09:13 | Bölmə: Cəmiyyət
Narkotikə görə daha beş nəfər şəxs saxlanılıb

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb. Əməliyyatı Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları şəhər ərazisində keçiriblər.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Reyting.az-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib.

Saxlanılarkən həmin şəxslərin üzərinə baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.








Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq