Şəmkirdə evə basqın edilib
Tarix: 09-08-2021 18:18 | Bölmə: Cəmiyyət
Şəmkirdə evə basqın edilib

Şəmkirdə evə basqın edən qohumlar ev sahibini döyüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə avqustun 7-də Yuxarı Seyfəli kəndi ərazisində 2 maskalı şəxsin bir evə açıq qalan qapıdan girib, ev sahibini döyərək ağzını, əllərini və ayaqlarını yapışqanlı lentlə bağlayıb pul və qızıl əşyalar tələb etmələri, lakin pul və qızıl əşyalar tapa bilmədikləri üçün onun cibindən 6 manat pulunu götürüb oranı tərk etmələri barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Könüllü kənd sakinləri S.Mustafayev və qardaşı oğlu E.Mustafayev saxlanılıb, daha 2 nəfər müəyyən edilib.

S.Mustafayevin evinə baxış zamanı oradan “TT” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq