“Caspian Service” MMC Bakı Apellyasiya Məhkəməsinə təşəkkür edib
Tarix: 10-08-2021 13:33 | Bölmə: Cəmiyyət
“Caspian Service” MMC Bakı Apellyasiya Məhkəməsinə təşəkkür edib
Bakı Apellyasiya Məhkəməsi “Caspian Service” MMC barədə qanuni və ədalətli qərar qəbul edib. Bunu Reyting.az-a adıçəkilən MMC-dən bildiriblər.

Xatırladaq ki, son həftə ərzində “Caspian Service” şirkətinə qarşı dələduzluq edən şəxslərin məsuliyyətdən yayınmasından narahatlığa dair xəbərlər saytında verilmişdi. Şirkət 09.08.2021-də (dünən) Bakı Apellyasiya Məhkəməsində qanunsuz qərarın qəbul ediləcəyindən ehtiyatlanırdı. Sevindirici haldır ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Əli Seyfəliyev qanuni və ədalətli qərar qəbul edib. “Caspian Service” MMC buna görə ədalətli və qanunpərvər hakimlərə, həmçinin əlaqəli prokurorlara minnətdarlığını bildirir. Baxmayaraq ki, şirkət hesab edir ki, şahid Elmaz Hüseynovun Səbail Rayon Məhkəməsinin qərarından ümumiyyətlə şikayət vermək hüququ yox idi. Bildirilir ki, Elmaz Hüseynov sadəcə, həmin şikayəti verməklə şəxsi marağından çıxış edib və cinayət məsuliyyətindən yayınmaq istəyib.

MMC ümid edir ki, Bakı Apellyasya Məhkəməsi tərəfindən qəbul edilən qanuni və ədalətli qərardan sonra Yasamal Rayon Polis İdarəsində aparılan cinayət işi hərtərəfli, tam və obyektiv araşdırılacaq, eyni zamanda Yasamal Rayon Prokurorluğu tərəfindən qanuni və ədalətli qərar qəbul edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Mövzunu diqqətdə saxlayacağıq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq