UNICEF Azərbaycana yeni nümayəndə təyin edib
Tarix: 10-08-2021 15:36 | Bölmə: Cəmiyyət
UNICEF Azərbaycana yeni nümayəndə təyin edib

UNICEF-in Azərbaycandakı yeni təyin olunmuş Nümayəndəsi Aleks Haykens Xarici işlər naziri Ceyhun Bayramova akkreditasiya məktubunu təqdim edib.

Qeyd edək ki, A.Haykens UNICEF-in Azərbaycandakı Nümayəndəliyində işə başlamazdan öncə dörd il UNICEF-in Monqolustandakı Nümayəndəsi olub və uşaqların qorunması, sağlamlığı, qidalanması, su, sanitariya, gigiyena, təhsil, erkən uşaqlıq dövründə inkişaf, yeniyetmələrin həyat bacarıqları, sosial müdafiə, havanın çirklənməsi və iqlim dəyişikliyi kimi sahələri əhatə edən UNICEF-in Ölkə Proqramının icrasına rəhbərlik edib.

2020-ci ildən başlayaraq o, diqqət və səylərini hökumətin COVID-19 pandemiyasının uşaqlara təsirini aradan qaldırmaq səylərinə dəstək, COVID-19 peyvəndlərinin əldə edilməsi və ölkə daxilində soyuq zəncirin gücləndirilməsinə yönəldib.

2013-cü ildə UNICEF-in Nyu-Yorkdakı Baş qərargahında iqlim dəyişikliyi, ətraf-mühit və enerji üzrə qlobal müşavir olaraq fəaliyyətə başlayıb.

UNICEF-də fəaliyyətə başlamazdan öncə BMTİP və FAO-da Asiya-Sakit Okean bölgəsi boyu su, ətraf mühit, iqlim dəyişikliyi, kənd təsərrüfatı və dayanıqlı inkişaf sahələrində çalışıb.

A. Haykens Utrext Universitetində ətraf mühit üzrə elmlər namizədi olub və biologiya üzrə magistr dərəcəsinə malikdir.

A. Heykens Hollandiya vətəndaşıdır. O, Azərbaycana həyat yoldaşı və iki qızı ilə bərabər gəlib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq