Nazir polis rəisini vəzifədən kənarlaşdırıb
Tarix: 11-08-2021 10:32 | Bölmə: Cəmiyyət
Nazir polis rəisini vəzifədən kənarlaşdırıb

Cəlilabad Rayon Polis Şöbəsinin rəisi polkovnik Mübariz Quliyev işdən azad olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

M. Quliyevin sərəncama götürüldüyü bildirilir. Onun yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq