Sülhməramlılar Xankəndinin 18 şagirdi olan məktəbinə bir ton hədiyyə verib
Tarix: 11-08-2021 14:18 | Bölmə: Cəmiyyət
Sülhməramlılar Xankəndinin 18 şagirdi olan məktəbinə bir ton hədiyyə verib

Qarabağdakı Rusiya sülhməramlı kontingenti separatçı ermənilərə Laçın dəhlizi vasitəsi ilə Ermənistan ərazisindən silah-sursatın daşınmasına şərait yaratmaqla yanaşı tez-tez “humanitar aksiya” adı altında digər tədbirlər də təşkil edir. Ermənilər üçün son belə aksiyalardan biri də Azərbaycanın nəzarətindən kənarda qalan Xankəndi şəhərində keçirilib.

Reyting.az
xəbər verir ki, ruslar bu dəfə Xankəndidəki 1 saylı internat məktəbinin şagirdərini yeməklə təmin ediblər.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hətta tədbirlərin gedişində Qarabağın ucqar kəndlərində yaşayan imkansız və aztəminatlı ailələrdən olan sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi “Gənc aşpaz” müsabiqəsi də keçirilib.

“Hər həftə tədbirlərimiz olur. Bundan əvvəl pizza yarışması keçirdik. Sülhməramlıların iştirak etdiyi ən yaxşı tortlar, ləzzətli pastalar yarışmasının ikinci tədbirində iştirak etməyinizə çox şadıq. Çox xoşbəxtik. Sizinlə əməkdaşlıq edəcəyik. Sizi hər tədbirə dəvət etməkdən çox məmnun olarıq”,- bunu məktəbin direktoru Amest Simonyan deyib.

Yeri gəlmişkən, sülhməramlıların “böyük tədbir” kimi təqdim etdiyi internat məktəbində cəmi 18 şagirdin təhsil aldığı məlum olub. Bunlar 7-18 yaş arasında olan şəxslərdir.

“Bu gün Xankəndi şəhərindəki 1 nömrəli internat məktəbinin “Gənc aşpaz” müsabiqəsinin münsiflər heyətinə qatılmaq üçün dəvət olunmuşuq. İnternat məktəbindən 12 uşaq yarışda iştirak edib”,- bunu Qarabağda olan Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Tusidi deyib.

Humanitar aksiya çərçivəsində rusiyalı sülhməramlılar internat məktəbinə uşaq oyuncaqları, kitablar, dəftərxana ləvazimatları, mətbəx və yemək dəstləri də daxil olmaqla təxminən 1 tona yaxın humanitar yardım veriblər.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq