Şəkidə güclü yanğın: alov şəxsi təsərrüfatlara keçib - Fotolar
Tarix: 11-08-2021 15:21 | Bölmə: Cəmiyyət
Şəkidə güclü yanğın: alov şəxsi təsərrüfatlara keçib

Şəkidə güclü yanğın başlayıb. Məlumata görə, əvvəlcə kol-kosdan başlayan yanğın yol kənarındakı ağaclara, oradan da fərdi təsərrüfatlara keçib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, yanğın rayonun Aşağı Küngüt kəndi ərazisindədir.

Sakinlər bildiriblər ki, yanğın kol-koslardan başlayıb. Daha sonra bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçib.

Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğını bir neçə istiqamətdə genişləndirib və daha böyük əraziləri əhatə edib.

Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.








Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq