Təyyar Eyvazov: "Pandemiya bitməyib, yoluxuculuğu yüksək olan delta ştammı var"
Tarix: 11-08-2021 15:42 | Bölmə: Cəmiyyət
Təyyar Eyvazov: "Pandemiya bitməyib, yoluxuculuğu yüksək olan delta ştammı var"

“İnsanlar arxayınlaşmamalıdır. Çünki pandemiya bitməyib və yoluxuculuğu yüksək olan delta ştammı var. Bunu hazırda yoluxma sayının artımında müşahidə edirik”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Mütəxəssis qonşu ölkə Gürcüstandakı vəziyyəti misal çəkib: “Orada gündəlik yoluxma sayı 6000-ə yaxınlaşır. Pandemik dövrdə insanlar həyat tərzini qiymətləndirməlidir, yoluxma riskinə məruz qalacaqları yerlərdən uzaq durmalıdırlar. İlk növbədə qızıl qaydalara ciddi riayət edilsin.

Digər tərəfdən vaksinasiya prosesinin kütləvi xarakter alması mütləqdir. Elə günlər olub ki, ölkədə bir gün ərzindı 80 minin üzərində vaksin vurulur. Deməli, bunun üçün dövlətimizin imkanları var”.

T. Eyvazov əlavə edib ki, qapanmalara getməmək üçün insanlar birləşməli və dövlətə dəstək olmalıdırlar.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq