Oğuz rayonunda meşə yanır - Video (Yenilənib)
Tarix: 11-08-2021 18:41 | Bölmə: Cəmiyyət
Oğuz rayonunda meşə yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Reyting.az
 FHN-ə istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Oğuz rayonunda meşə yanır.

Məlumata görə, yanğın rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.

Məlumata görə, güclü külək səbəbindən hazırda dağlıq ərazidə yanğın davam edir/Report.





Bölməyə aid digər xəbərlər