ÜST xəbərdarlıq edir: COVID-19-a yoluxanların sayı 300 milyonu keçə bilər
Tarix: 11-08-2021 20:02 | Bölmə: Cəmiyyət
ÜST xəbərdarlıq edir: COVID-19-a yoluxanların sayı 300 milyonu keçə bilər

Gələn ilin əvvəlində COVID-19-a yoluxanların sayı 300 milyonu keçə bilər.

Reyting.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, keçən həftə pandemiyanın başlanmasından bəri dünyada COVID-19 hadisələrinin sayı 200 milyonu keçib. 6 ay əvvəl isə bu rəqəm 100 milyon idi.

Qebreyesus xəstəliyin fərqli formalarının daha çox araşdırmaya ehtiyac olduğunu qeyd edib.

ÜST-nin məlumatına görə, pandemiyanın başlanmasından bəri, 10 avqust tarixinə qədər dünyada 203.295.170 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, 4.403.515 nəfər ölüb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq