Nazirlik rəsmisi: "Sərt qapanmaların olmaması üçün..."
Tarix: 12-08-2021 15:57 | Bölmə: Cəmiyyət
Nazirlik rəsmisi: "Sərt qapanmaların olmaması üçün..."

“Sərt qapanmaların təkrar olmasını heç kim istəməz. Hər kəs xəstəliyin bitməsini arzulayır. Ona görə də qoyulan qaydalara ciddi riayət etmək lazımdır”.

Bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

Onun sözlərinə görə, peyvənd olunmaq mütləqdir: “İnsanlar hər şeyi dövlətdən gözləməli deyil. Özümüzü qorumaq üçün qapalı məkanlarda maskalardan istifadə etməli, sosial məsafəni saxlamalıyıq. Nəzərə almalıyıq ki, ətrafımızda olan hər üç şəxsdən biri koronavirus daşıyıcısı ola bilər. Çoxu sual verir ki, peyvənd vurdursaq da, yenidən virusa yoluxacağamsa, o zaman bunun nə xeyri? Buradan həmin insanlara səslənirəm ki, önəmli olan virusa yoluxacağımız təqdirdə bunu yüngül formada, xəstəxanaya düşmədən keçirə bilərik. Unutmayaq ki, pandemiyaya qalib gəlməyimizin yeganə yolu vaksinasiyadır”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq