Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 13-08-2021 12:37 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Reyting.az
ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 25-28° isti, gündüz 34-38° isti, Bakıda gecə 26-28° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° , bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 16-21° isti, gündüz 23-28° isti olacaq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq