Kürdəmirdə ağır qəza: 3 nəfər ölüb, 2 nəfər yaralanıb
Tarix: 14-08-2021 16:53 | Bölmə: Cəmiyyət
Kürdəmirdə ağır qəza: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi "166" yükdaşıma xidmətinə məxsus "Mercedes" markalı iritutumlu yük maşını Kürdəmir istiqamətində hərəkətdə olan "Mercedes" markalı digər avtomobil arxadan ona çırpılıb.

Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq