Quba-Xınalıq yolunda maşın dərəyə aşıb, yaralılar var
Tarix: 15-08-2021 14:02 | Bölmə: Cəmiyyət
Quba-Xınalıq yolunda maşın dərəyə aşıb, yaralılar var

Qubada avtomobilin dərəyə aşması nəticəsində iki nəfər xəsarət alıb.

Hadisə Quba-Xınalıq yolunda qeydə alınıb.

Yaralılar Xırdalan şəhər sakinləri - 1997-ci il təvəllüdlü Şahin Nəriman oğlu Vəliyev və 1946-cı il təvəllüdlü Gülnaz Əbdülhəsən qızı İlyasovadır.

Hadisə yerinə Quba Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası cəlb olunub, yaralılar həkim briqadası tərəfindən Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara xəstəxanada müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq