Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Tarix: 16-08-2021 12:56 | Bölmə: Cəmiyyət
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Reyting.az-a verilən məlumata görə, avqustun 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 76, tank əleyhinə 5 mina və 194 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 96 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq