Azərbaycanlı yanğınsöndürənlərin ilk qrupu Türkiyədən geri dönüb
Tarix: 16-08-2021 14:41 | Bölmə: Cəmiyyət
Azərbaycanlı yanğınsöndürənlərin ilk qrupu Türkiyədən geri dönüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyə Respublikasına göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin ilk qrupu bu gün Vətənə qayıdıb.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında FHN-in qardaş ölkədə meşə yanğınlarının qarşısının alınması və söndürülməsi işləri üçün yanğınsöndürmə qruplarına cəlb olunan texnika və heyətinin qarşılanma mərasimi olub.

Qeyd edək ki, axşam saat 23:00 radələrində heyətin ikinci qrupu Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Quru yolu ilə gələn texnikalar isə bu gün Türkiyədən Vətənə yola düşüblər.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq