Xətaidə ağaclıq ərazidə yanğın olub
Tarix: 16-08-2021 18:49 | Bölmə: Cəmiyyət
Xətaidə ağaclıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

FHN-dən Reyting.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

Məlumata görə, yanğın söndürülüb.

İlkin ehtimala əsasən, ağaclıq ərazidə 300 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq