Dağlıq ərazilərə yağış yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu
Tarix: 17-08-2021 16:11 | Bölmə: Cəmiyyət
Dağlıq ərazilərə yağış yağacaq, dolu düşəcək

Avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Reyting.az
ETSN-ə isinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 23-25 isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq