Telekanal kral ailəsinə 2 milyon dollar təzminat ödəyəcək - Foto
Tarix: 17-08-2021 19:37 | Bölmə: Cəmiyyət
Telekanal kral ailəsinə 2 milyon dollar təzminat ödəyəcək

"BBC" telekanalı şahzadə Diana ilə hazırladığı qalmaqallı müsahibəyə görə kral ailəsinə təzminat ödəyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Buraxılışdan 25 il sonra telekanaldan Britaniya kral ailəsinə 2 milyon dollar təzminat veriləcəyi bildirilib. Məbləğ kral ailəsinin seçdiyi təşkilatın hesabına xeyriyyəçilik məqsədi ilə köçürüləcək.



Uzun illər davam edən araşdırma zamanı məlum olub ki, Dianadan müsahibə alan jurnalist Martin Bəşir, şahzadəni ictimaiyyət qarşısında danışmağa məcbur etmək üçün aldadıcı hərəkətlərə əl atıb. Onu təqib etdiyini və bank hesablarında saxtakarlığa yol verdiyini söyləyib. İddialar görə, mətbuat orqanı tərəfindən saray işçilərinə rüşvət verilib.

Qeyd edək ki, şahzadə Diananın 1995-ci ildə "BBC"yə verdiyi məşhur müsahibədə saraydakı həyatı, əri Çarlzın Kamilloy Parker-Boulzla xəyanəti və misirli milyarderin oğlu Dodi al'-Fayyedom ilə yaşadığı münasibət yer alıb. Diananın bu müsahibədən sonra qorxu və narahatlıq keçirdiyi məlumdur.(Axşam.az)




Bölməyə aid digər xəbərlər
28-05-2024, 15:17 KTN-də yeni təyinat olub

{sape_links}{sape_article}